Bakı 4˚C Cloudy

Ət yeməsi milyonluq işini itirməsinə səbəb oldu

Maraqlı 01:10 18 iyl, 2022

Ət yeyən birinin bu cür reklama çəkilməsi narazılığa səbəb olub.

Ət yeməsi milyonluq işini itirməsinə səbəb oldu

Dünyaca məşhur Viktoriya və Devid Bekhem cütlüyünün oğlu Bruklin ziyana düşüb.

Qazet.az xarici mediaya istinadən xəbər veriri ki, məşhur brendlərdən birinin siması olan Bruklinin müqaviləni pozduğu ortaya çıxıb.

Brend mütəxəssislərinin milyon funt-sterlinq dəyərində qiymətləndirdiyi müqaviləni vaxtından əvvəl ləğv etmək qərarına gəlib. Buna səbəb internetdə yazılan mənfi şərhlər olub.

Bruklinin izləyiciləri veqan idman ayaqqabısı reklamından dərhal sonra onun steyk hazırlayan videosunu izləyiblər və irad yazıblar. Ət yeyən birinin bu cür reklama çəkilməsi narazılığa səbəb olub.