Bakı -1˚C Windy

Ətdən imtina bu xəstəliyə səbəb olur

Cəmiyyət 03:34 23 noy, 2022
Ətdən imtina bu xəstəliyə səbəb olur

Bəziləri nəticəsinin necə olacağının fərqinə varmadan ətdən imtina edirlər. Ətdən imtinanın ən ciddi fəsadlarından biri  qanazlığı yaranmasıdır.

Qazet.az-ın məlumatına görə, dietoloq Yelena Tixomirova deyib ki, insan ətdən imtina etmək qərarına gələndə zaman keçdikcə çox ləng şəkildə inkişaf edən dəmir çatışmazlığı yaranır. Onun sözlərinə görə, tədricən bu vəziyyət qanazlığına keçir ki, bu halda eritrositdə hemoqlobinin ümumi konsentrasiyası azalır, serum dəmiri və ferritin azalır.

"Dəmir çatışmazlığı anemiyası arzuolunmaz nəticələrə gətirə bilər" xəbərdarlığını edən dietoloq qeyd edib ki, bu problemi olan insanlar güclü yorğunluq, zəiflikdən əziyyət çəkir, beyin fəaliyyəti zəifləyir, əzələ toxumasının tonusu azalır. Mövcud olan anemiyada orqanizm kifayət qədər oksigen almır.

Onun sözlərinə görə, ətdən qısamüddətli imtina sağlamlığa zərbə vurmayacaq: "Yağlı qırmızı ətin ümumilikdə yalnız az miqdarda istehlak edilməsi tövsiyə olunur, rasionda diyetik ət növləri üstünlük təşkil etməlidir. Bundan başqa, əlavə məhsullar faydalıdır – bunlar nevroloji sağlamlıq üçün çox vacib olan B qrupu vitaminlərinin zəngin mənbəyidir".