Ətək geyinən reper sərt tənqid olundu - FOTO
Maraqlı
14:16 26 okt, 2022

Türkiyəli reper Sefo sosial şəbəkələrdə gündəm olub.
Qazet.az xəbər verir ki, son zamanlar mahnıları ilə böyük uğur qazanan reper Sefo dostları ilə Şotlandiyaya gedib. Edinburq küçələrinə çıxan Sefo küçədə çəkdirdiyi video və fotoları İnstaqram hesabından izləyiciləri ilə paylaşıb.
Məşhur reper daha sonra şotlandiyalı kişilərin geyindiyi ənənəvi geyim olan "Kilt"də poza verib. Ətəkli pozasını "Şotlandiyalı" adı ilə paylaşan reperin fotosu sosial mediada müzakirələrə səbəb olub və sərt tənqid edilib.
Sefo üçün Twitter-də “SefoHaddiniBil” həştəqi açılıb.