Bakı 15˚C Windy

Etibar Pirverdiyevin oğlu Bakıda “Porsche” ilə avtoxuliqanlıq etdi - VİDEO

Cəmiyyət 14:40 22 sen, 2021

Sürücü yolda təhlükəli anlar yaşadıb

Etibar Pirverdiyevin oğlu Bakıda “Porsche” ilə avtoxuliqanlıq etdi - VİDEO

Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb.

Qazet.az xəbər verir ki, 99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.

Avtosfer.az-ın araşdırmasına görə, “Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir. Qeyd edək ki, E.Pirverdi Londonda təhsil alıb və adı atasının biznes imperiyasında bir neçə dəfə hallanıb.