Etiraz aksiyalarında 17 nəfər öldürüldü - YENİLƏNİB
Gündəm
11:43 10 yan, 2023
Perunun Xulyak şəhərində hökumət əleyhinə keçirilən aksiyada ölənlərin sayı 17, yaralananların sayı isə 52-yə çatıb.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə San-Roman əyalətinin Səhiyyə İdarəsi məlumat yayıb.
05:35
Perunun Hulyaka şəhərində hökumət əleyhinə etirazlarda azı 12 nəfər ölüb, 38 nəfər yaralanıb.
Qazet.az xəbr verir ki, bu barədə San-Roman əyalətinin səhiyyə sistemi məlumat yayıb.
Qeyd olunub ki, ölənlərdən biri azyaşlıdır.
Yanvarın 6-da şəhərin hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb.
Nümayişçilər dövlət başçısı Dina Boluartenin istefasını və prezident seçkilərinin yenidən keçirilməsini tələb edirlər.