Bakı -0˚C Showers

ETSN: "Balıqların su hövzələrinə buraxılması azad olunan ərazilərdə də davam etdiriləcək"

Gündəm 21:07 07 okt, 2022
ETSN: "Balıqların su hövzələrinə buraxılması azad olunan ərazilərdə də davam etdiriləcək"

Balıqların su hövzələrinə buraxılması işləri işğaldan azad olunan ərazilərdə də davam etdiriləcək.

Qazet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər 2 milyondan çox müxtəlif növ balıq Azərbaycanın daxili su hövzələrinə, həmçinin Xəzər dənizinə buraxılacaq.

Mühitə uyğun nəzərdə tutulan bu balıqların su hövzələrinə buraxılması Azərbaycanda bioloji resursların artırılması məqsədi daşıyır.