Bakı 17˚C Intermittent clouds

Ev almaq istəyənlərin nəzərinə

Gündəm 11:30 16 dek, 2021

 Bu günədək kirayə mənzil mexanizmi çərçivəsində 1242 mənzil vətəndaşlara təhvil verilib

Ev almaq istəyənlərin nəzərinə

Hazırda mənzil fondunda lazımi qədər mənzil mövcuddur və əlavə təlabat yaranarsa, vətəndaşların istəkləri nəzərə alınmaqla yeni mənzillər alına bilər.

Qazet.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Bildirilib ki, bu günədək kirayə mənzil mexanizmi çərçivəsində 1242 mənzil vətəndaşlara təhvil verilib.

"Fond tərəfindən vətəndaşlarla müxtəlif kommunikasiya vasitələri ilə mütəmadi sorğular (1549 Çağrı mərkəzinə edilən zənglər, ASAN Xidmət mərkəzlərində vətəndaşlarla keçirilən görüşlər) həyata keçirilir və həmin sorğular təhlil olunaraq vətəndaşların yaşayış sahələrinə dair istək və tələbləri öyrənilir. Bu sorğular nəzərə alınmaqla Fond tərəfindən hazırda artıq 8 fərqli ünvanda Bakı şəhərində (Xətai rayonu - Gəncə pr., Lütfi Zadə küçəsi, Nizami rayonu - M.Abbasov küçəsi), Sumqayıt şəhərində (Sülh və Bulvar küçələri) və Abşeron rayonunda vətəndaşlara mənzillər təklif olunmaqdadır" - deyə məlumatda qeyd olunub.