Bakı -11˚C Windy

Evdən külli miqdarda oğurluq edilib

Gündəm 12:08 29 noy, 2022
Evdən külli miqdarda oğurluq edilib

Bakıda evdən külli miqdarda oğurluq edilib.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19 000 avro, 4 950 funt sterling və 4 800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.