Bakı 16˚C Windy

Evində toy məclisi təşkil edən şəxs cərimələndi

Gündəm 13:16 30 okt, 2021

Keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib

Evində toy məclisi təşkil edən şəxs cərimələndi

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Nazırlı kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibi İ.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.