Evo Moralesin Peruya girişi qadağan edilib
Gündəm
04:28 10 yan, 2023
Perunun Miqrasiya üzrə Milli İdarəsi Boliviyanın keçmiş prezidenti Evo Moralesin ölkəyə girişinə qadağa qoyub.
Qazet.az xəbər verir ki, bu barədə Perunun Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Yanvarın 6-da Miqrasiya üzrə Milli İdarə öz səlahiyyətlərinə və Miqrasiya Qanununun 48-ci maddəsinə ciddi şəkildə əməl edərək, cənab Xuan Evo Morales Aymu da daxil olmaqla doqquz Boliviya vətəndaşının istənilən sərhəd məntəqəsindən ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib”, - məlumatda vurğulanıb.
Qeyd olunub ki, Morales siyasi ajiotaj yaratmaq üçün Peru ərazisinə daxil olub: “Bu, miqrasiya qanunlarımızın açıq şəkildə pozulmasıdır və Perunun milli təhlükəsizliyinə, daxili nizamına ziyan vurur”.