Bakı 31˚C Sunny

Əyləncə parkında faciə: Bir uşaq öldü, biri yaralandı

Gündəm 10:49 15 iyl, 2022

Qəzadan sonra əyləncə parkı bağlanıb

Əyləncə parkında faciə: Bir uşaq öldü, biri yaralandı

Əyləncə parkında rollercoaster  relsdən çıxıb.

Qazet.az xəbər verir ki, hadisə Danimarkanın ikinci böyük şəhəri Orhusda yerləşən əyləncə parkında baş verib.

Arxasında iki oturacaq olan “Cobra” rollercoasterinin relsdən çıxması nəticəsində 14 yaşlı qız ölüb, 13 yaşlı oğlan isə yaralanıb. 

Qəzadan sonra əyləncə parkı bağlanıb, polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Əyləncə parkının saytında yer alan məlumata görə, uzunluğu 400 metr olan “Kobra” adlı qatar saatda 70 kilometr sürətlə hərəkət edir.

Xatırladaq ki,  2008-ci ildə əyləncə parkı istifadəyə verildikdən qısa müddət sonra eyni rollercoasterdə oxşar qəza baş vermiş və 4 nəfər yaralanmışdı.