Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə təyin etdi
Gündəm
13:07 24 okt, 2021
Daxili işlər orqanlarında növbəti kadr təyinatı baş tutub

.
Qazet.az Manset.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Rəşad Rəcəbov yeni vəzifəyə təyin edilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə R.Rəcəbov Qusar Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.