Bakı 13˚C Mostly cloudy

F-35-lərlə bağlı 500 milyonluq anlaşma

Gündəm 17:00 18 dek, 2021

Sistemlərin təkminləşməsi ortaya çıxan yeni təhdidləri üstələyəcək və F-35-lərə fərqli imkanlar qazandıracaq

F-35-lərlə bağlı 500 milyonluq anlaşma

İngiltərənin “BAE Systems" müdafiə sənaye şirkəti “Lokhid Martin”lə 493 milyon dollarlıq anlaşma imzalayıb.

Qazet.az xəbər verir ki, anlaşma çərçivəsində F-35 Block 4 qırıcılarının elektron döyüş sistemləri təkminləşdiriləcək. Yeni sistem 2024-cü ildə F-35-lərin istehsalında istifadə olunacaq.

Məsələ ilə bağlı açıqlama verən “BAE Systems"in vitse-prezidenti Liza Aykoyn bildirib ki, sistemlərin təkminləşməsi ortaya çıxan yeni təhdidləri üstələyəcək və F-35-lərə fərqli imkanlar qazandıracaq.