Bakı 26˚C Intermittent clouds

“Facebook” bir milyarddan çox insanın məlumatlarını siləcək

Biznes 11:25 03 noy, 2021

Bu barədə Jerom Pesenti məlumat verib

“Facebook” bir milyarddan çox insanın məlumatlarını siləcək

“Facebook” üztanıma sistemindən imtina edəcək.

Qazet.az xəbər verir ki, bu barədə “Meta” (keçmiş “Facebook”) şirkəti rəhbərinin süni intellekt məsələləri üzrə müavini Jerom Pesenti məlumat verib.

O, artıq üztanıma funksiyasından istifadə edənlərin foto və videolarda avtomatik olaraq tanınmayacağını bildirib.

Pesentinin sözlərinə görə, bir milyarddan çox insanın müvafiq məlumatları silinəcək. Lakin buna baxmayaraq, üztanıma texnologiyasının təkmiləşdirilməsi üzərində aparılan işlər davam etdiriləcək.