Bakı 28˚C Sunny

“Facebook” yoxa çıxan mesajların "skrinşotları" barədə xəbər edəcək

Biznes 11:29 28 yan, 2022

Bu barədə  “Meta” şirkətinin rəhbəri Mark Zukerberq özünün “Facebook” səhifəsində yazıb

“Facebook” yoxa çıxan mesajların "skrinşotları" barədə xəbər edəcək

“Facebook Messenger” istifadəçiləri qarşı tərəfin yoxa çıxan mesajın skrinşotunu çəkdiyi təqdirdə bildiriş alacaq.

Qazet.az xəbər verir ki, bu barədə cümə axşamı sosial şəbəkənin sahibi olan “Meta” şirkətinin rəhbəri Mark Zukerberq özünün “Facebook” səhifəsində yazıb.

O, əlavə edib ki, artıq bu çatlarda GIF-lərdən, stikerlərdən istifadə etmək və mesajlara reaksiyalar göndərmək də mümkün olacaq.

Qeyd edək ki, messencerdə yoxa çıxan mesajlar yalnız çarpaz şifrəli çatlarda mövcuddur. Mesajları yoxa çıxan etmək üçün gizli yazışmalara keçid etmək lazımdır.