Bakı 23˚C Windy

"Facebook" ruslarla bağlı geri addım atdı

Biznes 11:33 15 mar, 2022

Bu barədə şirkətin vitse-prezidenti Nik Kleqq bildirib

"Facebook" ruslarla bağlı geri addım atdı

“Meta” şirkəti ona aid “Facebook” və “Instagram” sosial şəbəkələrində dövlət başçılarının öldürülməsinə çağırışların peyda olmasına icazə verməyəcək.

Qazet.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Nik Kleqq bildirib.

N.Kleqqin sözlərinə görə, şirkət bunun “ümumilikdə ruslara” qarşı zorakılığa haqq qazandıran mövqe kimi yozulmaması üçün öz mövqeyini aydınlaşdırıb.

“Biz öz platformalarımızda dövlət başçılarının ölümünə çağırışlara icazə vermirik”, - deyə o qeyd edib.

Qeyd edək ki, bir qədər əvvəl şirkətin mətbuat katibi Endi Stoun açıqlamasında “Meta Platforms”un Ukraynadakı hadisələr fonunda “Facebook” və “Instagram” sosial şəbəkələrində rusiyalı hərbçilərə qarşı zorakılıq çağırışlarına qadağanı müvəqqəti olaraq aradan qaldırdığını bildirmişdi. Sözügedən məsələ Rusiya tərəfinin kəskin narazılığı ilə müşayiət olunmuşdu.