“Facebook”un gəliri açıqlanıb
Biznes
12:00 26 okt, 2021
BU barədə məlumatlar şirkətin maliyyə hesabatlarında verilib
![“Facebook”un gəliri açıqlanıb](https://qazet.az/resized/fit900x500/center/pages/32696/113b1c87-6166-4a37-be6b-b61a0efb5589.jpeg)
Bu ilin üçüncü rübündə “Facebook” şirkətinin gəliri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% artıb.
Qazet.az xəbər verir ki, müvafiq məlumatlar şirkətin maliyyə hesabatlarında verilib.
Sentyabrın 30-da başa çatan üç aylıq dövrdə “Facebook”un gəliri 29 milyard ABŞ dolları olub. 2020-ci ilin üçüncü rübünün sonunda şirkət 21,4 milyard ABŞ dolları gəlir əldə edib.
Şirkətin son rübdə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 9,19 milyard ABŞ dolları olub.