Bakı 8˚C Dreary

“Facebook”un reklam siyasətində dəyişikliklər ediləcək - FOTO

Biznes 11:30 11 noy, 2021

Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir

“Facebook”un reklam siyasətində dəyişikliklər ediləcək - <span style="color:red">FOTO</span>

“Facebook” sosial şəbəkəsinin sahibi olan ABŞ-ın “Meta” şirkəti bəzi istifadəçi qruplarında mənfi emosiyalar yarada bilən detallı reklam targetinqini aradan qaldıracaq.

Qazet.az xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

“2022-ci il yanvarın 19-dan etibarən biz insanların həssas yanaşa biləcəyi mövzularla bağlı təfərrüatlı targeting opsiyalarını ləğv edəcəyik”, - deyə məlumatda bildirilir.

Beləliklə, irqi, etnik mənsubiyyəti, siyasi baxışları, dini, cinsi oriyentasiya və s. parametrlər silinəcək. Məsələn, “kimyaterapiya” və ya “Katolik kilsəsi” kimi sorğular üçün hədəf auditoriyanı axtarmaq mümkün olmayacaq.

Targetinq – müəyyən kriteriyalara uyğun gələn auiditoriyaya məzmun üzrə seçilmiş məlumatların çatdırılmasıdır. Burada məqsəd reklam elanlarının məhz həmin seçilmiş kütləyə çatdırılmasıdır.

Şirkət qəbul edilən qərarın biznes və təşkilatların bəzi sahələrinə mənfi təsir göstərə biləcəyini etiraf edib.

“Reklam tərəfdaşlarımızdan bəziləri bu targeting seçimlərindən imtina etməklə bağlı narahatlıqlarını ifadə ediblər, digərləri isə onların aradan qaldırılması qərarını anlayışla qarşılayıblar”, - deyə şirkətdən bildirilib.