Bakı 15˚C Mostly sunny

"Facebook"da izləyicilər niyə azalır?

Gündəm 15:17 12 okt, 2022
"Facebook"da izləyicilər niyə azalır?

"Hazırda "Facebook" bütün məşhur şəxslərin izləyicilərini kütləvi şəkildə azaldır".

Qazet.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının üzvü, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas bildirib.

"İzləyici sayım 21.000-dən 9000-ə endi. Problem qlobaldır və Mark Zukerberqin də profilinə təsir edib. Baş verən hadisənin "Facebook"da yaranan bir xətadan olduğu güman edilir", - deyə F.Pərdəşünas qeyd edib.