"Fantomas"ın ulduzu vəfat etdi
Gündəm
22:40 01 dek, 2022
"Fantomas" filminin ulduzu Milen Demonjo vəfat edib.
Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, 87 yaşlı aktrisa 2011-ci ildən yaşadığı Almaniyanın Mayen şəhərində dünyasını dəyişib. Onun ölümünün səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Milen həmçinin Fransa-İtaliya istehsalı olan "Üç muşketyor" filmində "Miladi" rolu ilə də məşhurluq qazanıb. Aktrisa bütün karyerası ərzində 80-dən çox ekran işində rol alıb.