FAO: “Noyabrda taxılın dünya qiymətləri 1,3% düşüb”
Gündəm
02:40 03 dek, 2022
“Qara dəniz təşəbbüsünün uzadılması ilə əlaqədar noyabrda taxılının dünyada qiyməti 1,3% düşüb”.
Qazet.azTASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksimo Torero deyib.
Onun sözlərinə görə, Qara Dəniz Taxıl Təşəbbüsü qlobal qiymətləri aşağı salmaqla qlobal ərzaq tədarükünə təsir göstərib: “Razılaşmanın daha 120 gün müddətinə uzadılmasından çox məmnunuq”.