Farahın həbsi tələb olunur
Gündəm
01:36 03 dek, 2022
![Farahın həbsi tələb olunur](https://qazet.az/resized/fit900x500/center/pages/128239/252591-2umcosgay8.jpg)
Türkiyəli aktrisa Farah Zeynəb Abdullah məhkəməlik olub.
Qazet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın həmkarı Ezgi Molaya dəstək olması olub. Belə ki, Farah İpek Erin adlı qıza təcavüz etdiyi iddia edilən Musa Orhanı təhqir etdiyi üçün məhkəməlik olan Ezgiylə bağlı sosial şəbəkədə paylaşım etmişdi.
Postda M.Orhanı təhqir etdiyi üçün aktrisanın 2 il 4 aya qədər həbsi tələb olunub.
Qeyd edək ki, Ezginin məhkəməsində isə hakim 6 min 960 lirə cərilənməsi barəsində qərar qəbul etmişdi.