Fatih Terimdən "Qalatasaray" azarkeşlərinə reaksiya
Gündəm
15:42 20 sen, 2021
"Bu gün ən çox buna görə üzüldüm"
Türkiyə çempionatının ötən turunda "Alanyaspor"a qarşı meydana çıxan İstanbul təmsilçisi “Qalatasaray” bu görüşdən 0-1 hesablı məğlubiyyətlə ayrılıb. Oyundan dərhal sonra azarkeşlər klubun oyununa sərt etiraz edib.
Qazet.az Sporx nəşrinə istinadən xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim bu tip etirazların əsassız olduğunu bildirib. O, oyunçulara qarşı edilən söyüşlərə reaksiya verib.
“Mən başa düşmürəm nə baş verir. Hələ 30-cu dəqiqədə 1 geriyə ötürməyə görə azarkeşlər sərt reaksiya verdi. Ömərə söyüşlər, Babelə söyüşlər. Axı nə baş verir? Edilən hərəkətlər çox ayıbdır. Bu gün ən çox buna görə üzüldüm" deyə Fatih Terim bildirib.
-