Bakı 20˚C Dreary

Faydalı maddələrin mədəni - Çia toxumları

Maraqlı 04:15 15 may, 2022

Çia toxumu dünyanın ən sağlam qidalarından biridir

Faydalı maddələrin mədəni - <span style="color:red">Çia toxumları</span>

Çia toxumları “Salvia Hispanica” bitkisindən alınan kiçik qara toxumlardır. Salvia Hispanica, Meksikanın mərkəzi və cənubunda, Qvatemalada rast gəlinən nanə ailəsinə aid çiçəkli bitki növüdür.

Asanlıqla həzm olunan və reseptlərə asanlıqla əlavə olunan çox yönlü tərkibi var. Kiçik ölçülərinə baxmayaraq çia toxumları vacib qidalarla doludur.

Antioksidantlarla zəngindir, omeqa-3 yağ turşularının mənbəyidir. Bu toxumlar orqanizmi lif, dəmir və kalsiumla təmin edir.

Omeqa-3 yağ turşuları infarkt və insultdan qoruyan "yaxşı" xolesterin olan HDL xolesterinin artmasına kömək edir. 

Çia toxumunun faydalarına sağlam dəri, qocalma əlamətlərini azaltmaq, ürəyi, həzm sistemini dəstəkləmək, sümükləri, əzələləri gücləndirmək və s. daxildir.  

Çia toxumlarının istifadəsi zehni sağlamlığı dəstəkləməyə və beyindəki neyrotransmitterlərin (serotonin və dopamin kimi) səviyyəsini dəstəkləməyə və beyin hüceyrələrinə daha çox enerji verə bilər. 

Çia toxumları omeqa-3 yağ turşusu olan alfa lipoik turşusu (və ya ALA) ilə zəngindir. 2013-cü ildə “Journal of Molecular Biochemistry” adlı jurnalda ALA-nın həm döş, həm də uşaqlıq boynu xərçənglərində xərçəng hüceyrələrinin böyüməsini məhdudlaşdırdığını aşkar edilib. Beləliklə, çia toxumlarını xərçənglə mübarizə aparan qidalardan biri kimi istifadə edə bilərsiniz.

Təxminən 2 xörək qaşığı çia toxumunda 139 kalori, 4 qram protein, 9 qram yağ, 12 qram karbohidrat və 11 qram lif, həmçinin vitamin və minerallar var.

Çia toxumları ən yüksək bitki əsaslı protein mənbələri arasındadır. Beləliklə, idmançılar və intensiv fiziki fəaliyyətlə məşğul olanlar üçün ideal qidadır. Bu toxumlar əzələ yağını və ümumi olaraq yağ yandırmaq və qan şəkərinin səviyyəsini sabitləşdirmək üçün istifadə edilməsinin başqa bir səbəbidir. Çia toxumları məşq zamanı itirilən bəzi qida maddələrini əvəz edir. 

Kalsium, fosfor, maqnezium, manqan, mis, sink, dəmir və niasin kimi mühüm minerallarla zəngindir. Çia toxumlarını unikal edən xüsusiyyətlərdən biri də öz çəkisinin 10 qatını suda udmaq qabiliyyətidir. Buna görə də, çia toxumları nəmləndirməni uzadır və elektrolitlərin qida maddələrinin udulmasını artıra bilər. Bu, həm də həzmi yavaşlatır və sizi daha uzun müddət tox saxlayır və şəkər istəyinizi azaldır.

Çia toxumlarında sink maddəsi yüksək olduğundan bədəndə leptini artırmağa kömək edir. Leptin bədəninizin enerji səviyyələrini tənzimləyən əsas hormondur. Əgər formada olmaq istəyirsinizsə, dözümünüzü artırmaq üçün çianı qidalanma mənbəyi edin. 

Çia toxumları adətən çiy halda yeyilir. Salatlara, qatıqlara, şorbalara və smuzilərə ədviyyat kimi əlavə edib birbaşa istehlak edə bilərsiniz. Çia toxumlarının ən əhəmiyyətli xüsusiyyəti maye bir qidaya qoyulduqda və gözləməyə davam etdikdə içkiyə jele kimi bir tutarlılıq təmin etməsidir. 

Çia toxumlarını udmaq üçün bir stəkan suya və ya qatığa təxminən 1,5 xörək qaşığı çia toxumu əlavə edin və 1 saat buraxın qalsın. 

Toxumları islatmadan istehlak etsəniz, həzm zamanı bədəndən suyu çəkə bilər. Odur ki, gün ərzində bol su içdiyinizə əmin olun.