Bakı 2˚C Dreary

FED uçot dərəcəsini artırdı

Biznes 01:37 05 may, 2022

Bu ilin mart ayında FED 4 il sonra ilk dəfə faiz dərəcəsini artırıb.

FED uçot dərəcəsini artırdı

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 - 1%-ə çatdırıb.

“Qazet.az” xəbər verir ki, bu barədə FED-in yaydığı məlumatda deyilir.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub. Bu ilin mart ayında FED 4 il sonra ilk dəfə faiz dərəcəsini artırıb.