Federasiyaya yeni rəhbər seçildi- FOTO
Gündəm
19:41 22 dek, 2021
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) hesabat-seçki konfransı keçirilib.

Qazet.az xəbər verir ki, mərasim Gənclər və İdman Nazirliyin inzibati binasında baş tutub.
Azərişıq ASC-nin sədri Vüqar Əhmədov AMAF-ın yeni prezidenti seçilib. O, bu posta 2006-cı ildən quruma rəhbərlik edən Elçin Zeynalovu əvəzləyib.