Bakı 23˚C Mostly sunny

"Fənərbağça" öz meydanında "Qalatasaray"a uduzdu

İdman 22:52 08 yan, 2023
"Fənərbağça" öz meydanında "Qalatasaray"a uduzdu

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi keçirilib.

Qazet.az xəbər verir ki, XVIII tur çərçivəsində keçirilən oyununda "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

“Ülkər” stadionunda keçirilən oyunda qonaq komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.

“Qalatasaray” 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Əzəli rəqibindən dörd xal az toplayan “Fənərbağça” ikinci pillədə qərarlaşıb. “Başakşehir” komandası 31 xalla üçüncü sırada yer alıb.