"Fənərbaxça"da yeni transfer
İdman
17:40 10 yan, 2023
“Fənərbağça” klubu Türkiyə millisinin futbolçusu Samt Akaydını transfer edib.
Qazet.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı mərkəz müdafiəçisini “Adana Demirspor”dan heyətinə qatıb.
Akaydın “sarı-lacivərdlilər”lə 3,5+1 illik müqaviləyə qol çəkib. Anlaşmaya əsasən, oyunçu 2025/2026 mövsümündə minimum 20 matçda iştirak etsə, sözləşməsi avtomatik olaraq birillik uzadılacaq.
“Adana Demirspor” bu transferdən 4 milyon avroluq qazanc əldə edib.