Bakı 1˚C Dreary

Fərid Mansurov nazirlikdən ayrıldı - Yeni təyinat gözlənilir

Gündəm 12:54 08 dek, 2021

Fərid Mansurov Gənclər və İdman Nazirliyində şöbə müdiri vəzifəsindən ayrılıb

Fərid Mansurov nazirlikdən ayrıldı - <span style="color:red">Yeni təyinat gözlənilir</span>

Gənclər və İdman Nazirliyində gözlənilən növbəti yerdəyişmə baş verib.

Qazet.az xəbər verir ki, yeni nazir Fərid Qayıbovun gəlişindən sonra ayrılacağı gözlənilən yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov postundan gedib.

O, nazirlikdə tutduğu İdman şöbəsi müdiri vəzifəsindən ayrılıb. Onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına prorektor təyinatı barədə xəbərin elan olunacağı gözlənilir.

Qeyd edək ki, Fərid Mansurovun vəzifəsindən gedəcəyini ilk olaraq sportinfo.az saytı xəbər verib.