Bakı 2˚C Cloudy

Fərid Şəfiyev: "Erməni radikalların bədnam terror taktikası geri qayıdıb”

Gündəm 14:33 12 okt, 2022
Fərid Şəfiyev: "Erməni radikalların bədnam terror taktikası geri qayıdıb”

“Azərbaycan diplomatik korpusuna qarşı bir neçə insidentlə biz erməni radikallarının istifadə etdiyi bədnam terror taktikasının geri qayıtdığını görürük”.

Qazet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev tviterdə yazıb.

“1970-80-ci illərdə türkiyəli diplomatlara və 1988-94-cü illərdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən terror aktları qəti şəkildə pislənmədiyi üçün erməni radikallar cəzasızlıqdan istifadə edirlər”, - o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ona rəsmi Bakının ciddi narahatlığı və narazılığı ifadə edilib.