Bakı 17˚C Mostly cloudy

Festivalda ŞOK HADİSƏ: Məşhur aktyorun telefonunu və pulunu oğurladılar - FOTO

Gündəm 20:05 23 may, 2022

Hadisə 75-ci Kann Film Festivalında

Festivalda ŞOK HADİSƏ: Məşhur aktyorun telefonunu və pulunu oğurladılar - FOTO

Tanınmış aktyor Erkan Petekkayanın başına iş gəlib.

Qazet.az xəbər verir ki, Fransada 75-ci Kann Film Festivalında iştirak edən aktyorun telefonunu oğurlayıblar. Erkan oğrunu qovaraq onu tutub və polisə təslim edib. O "Bu qədər sürətli qaçmağı bacardığımı bilmirdim" deyərək maraqlı açıqlama da verib.

Aktyor oğruya əvvəl 100 avro (təxminən 180 AZN) pul təklif edərək telefonunu qaytarmasını istəyib. Lakin yeniyetmə aktyorun pulunu qaytarmaqdan imtina edib. Mobil telefonunun qaytarılmadığını görən Erkan onu polisə təslim etmək məcburiyyətində qalıb. 
Hüquq mühafizə orqanları yeniyetmədən aktyorun pullarını və telefonunu alaraq özünə qaytarıblar.