Bakı 9˚C Mostly cloudy

Fətəli xan Xoyskinin qatilinə abidə ucaldacaq - Erməni faşizmi fəaliyyətdə

Gündəm 18:25 15 sen, 2021

Ermənistan faşizmi daha bir əməliyyat keçirir

Fətəli xan Xoyskinin qatilinə abidə ucaldacaq - <span style="color:red">Erməni faşizmi fəaliyyətdə</span>

Yerevan Ağsaqqallar Şurası sui-qəsdçi qatillərə abidə ucaltmaq qərarı verib.

Qazet.az xəbər verir ki bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Şura 1919-1921-ci illərdə Türkiyə və Azərbaycanın bir sıra görkəmli dövlət xadimlərinə sui-qəsd təşkil edən terrorçulara abidə ucaldılması barədə təklifi dəstəkləyib.

Abidə Yerevanın mərkəzinə yaxın ərazidə, Radio Evi ilə üzbəüz parkda qoyulacaq. Abidə üçün maliyyə vəsaitində cəmiyyətin bütün təbəqələrinin iştirakı gözlənilir.

Xatırladaq ki, abidədə 1920-ci ilin iyununda Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyskinin qatili Aram Erkanyan və 1921-ci il iyulun 19-da İstanbulda eks-daxili işlər naziri Behbud xan Cavanşiri qətlə yetirən Misak Torlakyan da yer alacaq.