Bakı 31˚C Sunny

Fəxri adlara görə verilən təqaüdlər artırıldı

Biznes 12:54 20 dek, 2021

Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək

Fəxri adlara görə verilən təqaüdlər artırıldı

Prezident İlham Əliyev "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Qazet.az bildirir ki, sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırılıb.

Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.