Feysbuk, İnstaqram və Vatsapın işində nasazlıq
Biznes
01:32 20 noy, 2021
Əsasən sosial şəbəkələrin xidmətində nasazlıq Almaniya, Niderland, Fransa, İtaliya, İspaniya, Rusiya və daha bir neçə ölkədə yaşanıb.

Feysbuk, İnstaqram və Vatsap sosial şəbəkəsinin işində nasazlıq yaranıb.
Qazet.az xəbər verir ki, bu barədə "Downdetector" saytı məlumat yayıb.
Problemlərin axşam saatlarında yarandığı bildirilib. Əsasən sosial şəbəkələrin xidmətində nasazlıq Almaniya, Niderland, Fransa, İtaliya, İspaniya, Rusiya və daha bir neçə ölkədə yaşanıb.