Dünya üzrə on minlərlə sosial şəbəkə istifadəçisi problemlə qarşılaşıb
Problemin hansı səbəbdən qaynaqlandığı məlum deyil.

Azərbaycanda Facebook və Whatsapp sosial şəbəkəsində nasazlıqlar yaranıb.
Qazet.az xəbər verir ki, hazırda sözügedən sosial şəbəkələrə daxil olmaqda məhdudiyyət var.
Problemin hansı səbəbdən qaynaqlandığı məlum deyil.
Dünyanın müxtəlif ölkələrindən olan on minlərlə istifadəçi sözügedən sosial şəbəkə xidmətlərindən məhrum olduqlarını qeyd ediblər.
Məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat verir ki, 80 mindən çox “Facebook” istifadəçisi, 70 minə yaxın “Instaqram” və 22 mindən çox “Whatsapp” istifadəçisi sosial şəbəkələrlə bağlı problem yaşadıqlarını bildiriblər.
Hazırda Rusiya, ABŞ, Böyük Britaniya, Braziliya və Küveyt də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan sosial şəbəkə istifadəçilər xidmətlərin işində yaranan problemlərdən şikayətlənirlər.