Bakı 30˚C Sunny

Feysbukdan ŞOK YENİLİK: Bütün istifadəçiləri əhatə edəcək

Biznes 16:56 15 iyl, 2022

Sosial media istifadəçiləri əsas profilə bağlı 5 profil hesabı aça bilərlər

Feysbukdan ŞOK YENİLİK: Bütün istifadəçiləri əhatə edəcək

Feysbuk gözlənilməz dəyişiklik etməyə hazırlaşır.

Qazet.az xəbər verir ki, qurulandan bəri “real profil” siyasəti tətbiq edən Feysbuk bu qərarını dəyişir. Yeniliyə əsasən sosial media istifadəçisi tək profil ilə 5 profil yarada bilər. Bildirilir ki, test mərhələsində olan yenilik insanların müxtəlif qruplarda rahat unsiyyət qurmasına imkan verəcək. Yenilik sınaqdan uğurla keçərsə, sosial media istifadəçiləri əsas profilə bağlı 5 profil hesabı aça bilərlər.

Bildirilir ki, sosial media istifadəçiləri müxtəlif məqsədlərlə saxta hesablar açmaq məcburiyyətində qalırdırlar. Bu yenilikdən sonra artıq buna ehtiyac olmayacaq.