FHN 21 nəfəri xilas etdi
FHN 21 nəfəri xilas etdi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Qazet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 14 nəfər, o cümlədən Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhd edən 6 nəfər bina sakini və Şirvan şəhərində sürüşərək su kanalına düşən 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1956-cı il təvəllüdlü Vataqin Vladimir Alekseyeviçin meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.