Bakı 25˚C Sunny

FHN 4 nəfəri xilas etdi

Gündəm 13:13 14 dek, 2021

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib

FHN 4 nəfəri xilas etdi

Azərbaycan Respublikasının Fövqəladə hallar nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qazet.az xəbər verir ki, Fövqəladə hallar nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib. 

Yanğın zamanı 30 nəfər təxliyə olunub.