Bakı 4˚C Showers

FHN liftdə qalan 7 nəfəri xilas edib

Gündəm 12:59 10 okt, 2021

FHN-nin xilasetmə işləri davam edir

FHN liftdə qalan 7 nəfəri xilas edib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.