Bakı 8˚C Partly sunny

FHN məlumat yaydı

Cəmiyyət 13:49 03 noy, 2022
FHN məlumat yaydı

Bu ilin 9 ayı ərzində Azərbaycanda 14544 təbii və texnogen mənşəli hadisə baş verib.

Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 1313 hadisə və ya 10% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olmuş, 262 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 90 nəfər xilas edilmiş, 1033 nəfər təxliyə olunmuşdur.