Bakı -1˚C Windy

FHN su basan ərazidəki işlərə cəlb edildi

Gündəm 10:23 26 okt, 2022
FHN su basan ərazidəki işlərə cəlb edildi

"Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb".

Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-inn müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.