Fiat şirkəti Əlcəzairdə avtomobil istehsalına başlayır
Biznes
08:11 14 okt, 2022
"Stellantis" avtomobil konserni Əlcəzair hakimiyyəti ilə ölkədə “Fiat” avtomobillərinin istehsalının yaradılmasını nəzərdə tutan çərçivə sazişi imzalayıb.
Qazet.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Stellantis-in baş direktoru Karlos Tavares deyib: “Mövcud danışıqların keyfiyyəti əlcəzairli müştərilərin gözləntilərini qarşılamağa çalışacaq Fiat brendinin inkişaf perspektivlərinə əminlik yaradır.
Dünyanın ən böyük avtomobil istehsalçıları arasında Stellantis dördüncü yerdədir. Fiat-dan başqa, bura Chrysler, Peugeot, Citroen, Alfa Romeo, Jeep Opel kimi avtomobil markaları daxildir. Şirkətin Əlcəzairdə planlaşdırdığı layihənin parametrləri açıqlanmayıb.