Bakı 6˚C Sunny

Ficinin yeni Baş Naziri müəyyənləşdi

Siyasət 09:09 24 dek, 2022
Ficinin yeni Baş Naziri müəyyənləşdi

Fici Respublikasında müxalifətdəki “Xalq Alyansı” Partiyasına rəhbərlik edən Sitiveni Rabuka davam edən siyasi böhran fonunda şənbə günü parlamentin iclası zamanı ölkənin yeni Baş naziri seçilib.

Qazet.az xəbər verir ki, bu barədə "Radio New Zealand" məlumat yayıb.

Qeyd olunur ki, onun hökumət başçısı təyin edilməsinə 55 deputatdan 28-i səs verib.

Radiostansiyanın məlumatına görə, yaxın günlərdə Rabuka özünün Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.

“Radio New Zealand” dekabrın 20-də bildirib ki, 14 dekabr parlament seçkilərində “Xalq Alyansı”, “Milli Federal Partiyası, Sosial Demokratik Liberal Partiyası 55 parlament yerindən 29-nu əldə edib və koalisiya hökuməti haqqında razılığa gəliblər. Öz növbəsində, o vaxtkı hökumət başçısı Frenk Bainimarama başda olmaqla, rəhbərlik etdiyi partiya 26 mandat alıb və bununla da müxalifətə keçib.