FİFA AFFA-nı cərimələdi - Səbəb
İdman
23:12 01 noy, 2021
Meydana daxil olan azarkeşlər milli assosiasiyanı 5 000 İsveçrə frankı məbləğində ziyana salıb.
FİFA İntizam Komitəsi AFFA-nı cərimələyib.
Qazet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Azərbaycan millisinin Portuqaliyaya qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Meydana daxil olan azarkeşlər milli assosiasiyanı 5 000 İsveçrə frankı məbləğində ziyana salıb.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılmış və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmanın sonlarına yaxın 4 azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.