FİFA "ən yaxşı"ya namizədlərin siyahısını açıqladı
Mükafatlandırma mərasimi 2022-ci il yanvarın 17-də keçiriləcək.

"The Best" (Ən Yaxşı) mükafatına namizəd futbolçuların siyahısı bəlli olub.
Qazet.az xəbər verir ki, bu barədə FİFA siyahını açıqlayıb. Bu ada Fransa PSJ-sindən Kilian Mbappe, Lionel Messi və Neymar, İspaniya "Real Madrid"indən Kərim Benzema, İngiltərənin "Mançester Siti" klubundan Kevin De Brüyne, "Mançester Yunayted"dən Kristiano Ronaldo, "Çelsi"dən Jorjinyo və N Qolo Kante, "Liverpul"dan Məhəmməd Salah, həmçinin Almaniyanın "Borussiya" (Dortmund) komandasından Erlinq Holann və Almaniya "Bavariya"sından Robert Levandovski iddia edir.
"The Best" - ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır. Bu il 22 noyabr - 10 dekabrda aparılacaq səsvermənin yekununda Ən yaxşı oyunçu, Ən yaxşı baş məşqçi, Ən yaxşı qapıçı, Fair Play, Ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və İlin rəmzi komandası müəyyənləşəcək. Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.
Mükafatlandırma mərasimi 2022-ci il yanvarın 17-də keçiriləcək.