FIFA ilk dəfə Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq hakim təyin edib - FOTO
Beynəlxalq Futbol Federasiyası (FIFA) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq dərəcəli hakim təyin etmək qərarına gəlib.
Qazet.az xəbər verir ki, bu status Anud Əl-Əsməriyə verilib.
Əl-Əsməri Səudiyyə Ərəbistanından daha yeddi kişi hakimin də yer aldığı beynəlxalq kateqoriyalı hakimlərdən biri olmaqdan xoşbəxt olduğunu bildirib. Kişilərdən ibarət komanda oyununda işləməyə hazır olub-olmamasına gəlincə isə o, təyinat Səudiyyə Futbol Assosiasiyası tərəfindən təsdiqlənənə qədər bu barədə düşünmək istəmədiyini bildirib.
34 yaşlı Əl-Əsməri hakimlik karyerasına 2018-ci ildə başlayıb.
Xatırladaq ki, Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qrup mərhələsinin üçüncü turunun Almaniya və Kosta-Rika milli komandaları arasında keçirilən oyununda (4:2) fransalı Stefani Frappartın başçılıq etdiyi qadın hakimlər briqadası çalışıb.