FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"
"Özümü qətərli, ərəb, afrikalı, əlil, əməkçi miqrant və cinsi azlıq kimi hiss edirəm".
Qazet.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatından əvvəl mətbuat konfransında deyib.
52 yaşlı funksioner ölkənin mundiala hazır olduğunu bildirib.
İnfantinonun sözlərinə görə, bu, indiyə qədərki ən yaxşı dünya çempionatı olacaq: "Mən avropalıyam. Dünyada üç min il ərzində etdiklərimizə görə növbəti üç min il üçün üzr istəməli və əxlaq dərsi verməməliyik. Qətərdəki dünya çempionatını müdafiə etməli deyiləm, onlar özləri bunu edə bilərlər. Mən futbolu müdafiə edirəm".
Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq. Mundial ilk dəfə Yaxın Şərqdəki ölkədə baş tutacaq. Turnirin Qətərdə təşkili, insan haqlarının pozulması, əməkçi miqrantların aşağı maaş alması ciddi tənqidlərə məruz qalıb.