Bakı -3˚C Partly sunny

Filip Riker Azərbaycana niyə səfər edib?

Siyasət 13:18 28 noy, 2022
Filip Riker Azərbaycana niyə səfər edib?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Qazet.az-a verilən xəbərə görə, Bakıya səfəri zamanı səfir Filip Riker Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla hökumət rəsmiləri ilə görüşəcək.

“Hər iki tərəf davamlı sülh razılaşmasına nail olmağa çalışdığı bir zaman səfir Riker ABŞ-ın Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlara davamlı dəstəyini vurğulayacaq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.