Bakı 7˚C Sunny

Filippində daşqın qurbanlarının sayı 44 nəfərə çatıb

Hadisə 07:20 30 dek, 2022
Filippində daşqın qurbanlarının sayı 44 nəfərə çatıb

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 44 nəfər ölüb, daha 28 nəfər itkin düşüb.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurası məlumat verib.

Bildirilib ki, daşqınlar ölkənin 10 rayonunda 509,3 mindən çox insana ziyan vurub.

Hazırda 15,8 min məcburi köçkün 151 təxliyyə mərkəzindədir. Azı 1,42 min nəfər əvvəlcədən evlərini tərk edib, 12 nəfər müxtəlif xəsarətlər alıb. Respublikanın 9 rayonunda sel və torpaq sürüşmələri daxil olmaqla, 434 təbii fəlakət hadisəsi qeydə alınıb.

Bununla yanaşı, təbii fəlakət 4,5 min evə ziyan vurub. Ölkənin 67 şəhər və 71 bələdiyyəsinin təhsil müəssisələrində dərslər və müəssisələrdə iş dayandırılıb. 20 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.