Filippində qasırğa nəticəsində ölənlərin sayı 208-ə çatdı
Gündəm
18:00 20 dek, 2021
“Rai” qasırğası arxipelaqın cənub və mərkəzi rayonlarını dağıdıb, ən azı 239 nəfər xəsarət alıb, 52 nəfər itkin düşüb

Filippində təbii fəlakət nəticəsində ölənlərin sayı 208 nəfərə çatıb.
Qazet.az xəbər verir ki, “Rai” qasırğası arxipelaqın cənub və mərkəzi rayonlarını dağıdıb, ən azı 239 nəfər xəsarət alıb, 52 nəfər itkin düşüb.
Filippin Qırmızı Xaç Cəmiyyəti sahilyanı ərazilərdə vəziyyətin gərgin olduğunu bildirib.
"Evlər, xəstəxanalar, məktəb və icma binaları parça-parça olub" - deyə Qızıl Xaç Cəmiyyətinin sədri Riçard Qordon jurnalistlərə açıqlama verib.